AzMİU-da tələbələrin ingilis dili biliyinin səviyyəsi yoxlanılır

2023/2024-cü tədris ilində Azərbaycan Memarlıq və İnşaat Universitetinə (AzMİU) qəbul olan və xarici dili ingilis dili olan tələbələr üçün səviyyə imtahanı keçirilir. Bütün ixtisasları əhatə edən imtahanlarda tələbələrin qrammatik bilikləri, akademik yazı və oxu bacarıqları yoxlanılır. Nəticələr “Elementary”, “Intermediate”, “Pre intermediate”, “Upper intermediate” və “Academic” səviyyələr üzrə qiymətləndirilir. 

 

İmtahanlar Strateji planlaşdırma şöbəsi və Əcnəbi dillər kafedrası tərəfindən birgə aparılır.

 

Qeyd edək ki, səviyyə imtahanlarının keçirilməsində məqsəd ingilis dilinin keyfiyyətinin  yüksəldilməsi  və bu sahədə mütərəqqi təcrübələri tətbiq etməkdir. Eləcə də, rəqabət qabiliyyətli, bacarıqlı, savadlı mütəxəssislərin hazırlığına imkan verən səmərəli tədris mühiti yaratmaqdır.

 



26.09.2023 | 18:17