Şəhidlərin xatirəsinə həsr olunmuş turnir

"Təhsil" Respublika İdman Mərkəzinin 11 nömrəli uşaq gənclər idman məktəbində 27 Sentyabr - Anım Günü  ilə bağlı tədbir keçirilib.

 

Məktəbin direktoru N.Ələkbərov 44 günlük Vətən müharibəsi zamanı qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda  canlarından keçmiş qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı-canı bahasına torpaqlarımızın azad edilməsindən danışıb.

 

Tədbirdən sonra Sahil qəsəbəsi şəhidlərinin xatirəsinə ucaldılmış abidə ziyarət olunub.

 

Məktəbdə ilk dərs Anım Gününə həsr edilib, həmçinin şəhidlərimizin xatirəsinə həsr olunmuş  şahmat və stolüstü tennis bölməsində idmançılar arasında turnir keçirilib.

 

Rəşad ZİYADOV

 



27.09.2023 | 19:20