NASA Administratorunun müavini ilə ADU tələbələrinin görüşü

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Bakı Amerika Mərkəzində keçmiş Hərbi Hava Qüvvələrinin pilotu, astronavt və hazırkı NASA Administratorunun müavini Pamela Melroyun tələbələrlə görüşü keçirilib. 

 

Qonaq görüşdən öncə Bakı Amerika Mərkəzinin Maker Space Mərkəzi ilə yaxından tanış olub. O, Bakı Amerika Mərkəzi könüllülərinin və Azərbaycan Dillər Universiteti tələbələrinin uğurlarını dinləyib

 

Melroy görüşdə öz təcrübələrini paylaşaraq, qadınlar və qızlar üçün STEM təhsilinin əhəmiyyətini qeyd edib və karyera imkanları haqda danışıb.

 

Sonda isə xanım Melroy iştirakçıların suallarını cavablandırıb.

 

 



02.10.2023 | 13:35