Ahıllar Günü qeyd olunub

Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Sabunçu Rayon Komitəsində  1 Oktyabr- Ahıllar Günü  qeyd edilib.

 

Tədbirdə Sabunçu rayon təhsil müəssisələrində çalışmış sabiq məktəb direktorları, məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri, ilk təşkilat sədrləri və rayon komitəsinin əməkdaşları iştirak ediblər. 

 

Görüşdə vaxtilə  direktor işləmiş Əminə Hüseynova, Abbasqulu Quliyev, Dilarə Həsənova, Əməkdar müəllim Tamella Muradova  və başqaları çıxış edərək xatirələrini bölüşüb, təhsil sahəsində  olan  yeniliklərdən  danışıblar.

 

Sonda  tədbir iştirakçıları görüşün təşkil edilməsində zəhməti olan hər kəsə öz  təşəkkürlərini bildiriblər.

 

Şakir CƏFƏROV

 



05.10.2023 | 11:20