SABAH qruplarının tələbələri Beynəlxalq Astronavtika Konqresində məqalə ilə çıxış ediblər

74-cü Beynəlxalq Astronavtika Konqresində Azərbaycan Dövlət Pedaqoji Universitetinin  (ADPU) SABAH qruplarının tələbələri də iştirak ediblər.

 

“Riyaziyyat və informatika müəllimliyi” ixtisasının V kurs tələbəsi Gülnar Qasımzadə və bu ilin məzunları Mətanət Əhmədova, Fəridə Qasımova “GalaXy 101” və “The sicience of Astronomy” adlı 2 məqalə ilə beynəlxalq tələbə zonası və interaktiv zonasında təqdimat ediblər.

 

IV kurs  tələbələri Tünzalə Məmmədova və Rəvan Hacıyev isə “The role of Mathematics in Astronomy”adlı məqalələri ilə interaktiv zonada turistlər və konqres iştirakçıları qarşısında təqdimat ediblər.

 

 

 



10.10.2023 | 16:12