UNEC-in daha üç tədqiqatçısı “Dünyanın ən nüfuzlu elm adamları” reytinq siyahısında

UNEC Tədqiqat Mərkəzlərinin daha üç tədqiqatçısı Amerikanın Stanford Universitetinin hazırladığı “Dünyanın ən nüfuzlu elm adamları” reytinq sıralamasında yer alıb.

 

Dünya elm adamlarının fəaliyyətinin qiymətləndirilməsi məqsədilə hazırlanan siyahıda UNEC Kompozit materiallar Elmi-tədqiqat Mərkəzinin tədqiqatçısı professor Abdulla Sofiyev, UNEC Avropa İqtisadiyyatı Mərkəzinin tədqiqatçısı dosent Elkhan Richard Sadik-Zada, UNEC Beynəlxalq Nanotexnologiya və Biokimyəvi Toksikologiya Tədqiqat və Təhsil Mərkəzinin tədqiqatçısı dosent Aziz Eftekhari də yer alıblar.

 

Qeyd edək ki, Stanford Universitetinin reytinqləri ELSEVIER-in SCOPUS verilənlər bazasına əsaslanır.

 

 



11.10.2023 | 11:38