BDU və Qərbi Azərbaycan İcması birgə fəaliyyət planı hazırlayacaq

Bakı Dövlət Universiteti (BDU) və Qərbi Azərbaycan İcması Qərbi Azərbaycanla bağlı tədqiqatların aparılması məqsədilə birgə fəaliyyət planı hazırlayacaq.

 

Fəaliyyət planı çərçivəsində BDU-nun bütün fakültələri Qərbi Azərbaycanla bağlı araşdırma və tədqiqatlara cəlb olunacaq, birgə beynəlxalq konfrans, elmi seminar və konfranslar keçiriləcək.

 

Həmçinin BDU-nun tarix fakültəsinin nəzdində Qərbi Azərbaycan tarixinə dair Elmi-Tədqiqat Mərkəzinin yaradılması, bu istiqamətdə sistemli elmi işlərin və tədqiqatların aparılması nəzərdə tutulur.

 

BDU-nun bakalavriat, magistratura səviyyələri üzrə təhsil proqramlarına da Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, folkloru, dialekt və şivələri, toponimləri, İrəvan Müəllimlər Seminariyası ilə bağlı dərslərin, seçmə fənlərin daxil edilməsi planlaşdırılır.

 

Bu barədə BDU-dan bildirilib.

 



13.10.2023 | 11:58