AzMİU-nu seçən abituriyentlərin böyük əksəriyyəti Bakı və Sumqayıtın payına düşür

2023/2024-cü tədris ilində Azərbaycan Memarlıq və İnşaat Universitetini (AZMİU) seçən abituriyentlərin böyük əksəriyyəti Bakı və Sumqayıt şəhərlərindəndir.

 

Universitetdən bildirilib ki, ötən tədris ilində AzMİU-ya qəbul olan tələbə sayı 2170 nəfər olduğu halda, cari ildə bu rəqəm artaraq 2288 nəfərə çatıb.

 

Belə ki, qəbul olan 2288 tələbədən 47 %-i Bakı və Sumqayıt, yerdə qalan  43%-i isə ölkəmizin müxtəlif regionlarından olan abituriyentlərin payına düşüb. Bölgələrdən AzMİU-nu seçən abituriyentlər arasında Ağdam, Naxçıvan, Füzuli rayonlarından olanlar üstünlük təşkil edib. 

 

Xatırladaq ki, cari ildə AzMİU-nun 27 ixtisası üzrə qəbul aparılıb və plan yeri 91% yerinə yetirilib. Qəbul olan tələbələrdən 932 nəfəri qız, 1356 nəfəri isə oğlandır.

 



16.10.2023 | 09:38