Təhsil Tələbə Krediti Fondunun nümayəndələri ilə görüş

Təhsil Tələbə Krediti Fondunun (TTKF) nümayəndələri Bakı Dövlət Universitetinin (BDU) l kurs tələbələri ilə görüşüblər.

 

BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov Fondun son illər BDU ilə səmərəli əməkdaşlıq etdiyini deyib, vaxtaşırı keçirilən görüşlərin tələbələrin təhsilə əlçatanlılığı baxımından əhəmiyyətini vurğulayıb.

 

Daha sonra təqdimatla çıxış edən TTKF-in İdarə Heyəti sədrinin müavini Bəhruz Əzimov və Fondun əməkdaşı Ağca Məmmədova qurumun yaradılmasının məqsədi və fəaliyyət istiqamətləri barədə məlumat verib, layihənin sosial müdafiəsi zəif olan tələbələrə dəstək məqsədi daşıdığını bildiriblər. Görüşdə tələbələr təhsil tələbə kreditinə müraciət qaydaları, kreditlərin növləri, qeydiyyat prosesi və digər yeniliklər barədə ətraflı məlumatlandırılıblar.

 

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb və təkliflər dinlənilib.

 

 



16.10.2023 | 15:35