AzMİU Türkiyənin İstanbul Texnik və Ege universitetləri ilə əməkdaşlıq edəcək

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Keyfiyyət təminatı və monitorinq mərkəzinin müdiri dosent Könül Ağayeva Orhun proqramı çərçivəsində Türkiyənin Ege Universitetində ezamiyyətdə olub. 

 

O, dərs prosesində nəzərdə tutulmuş proqram əsasında aktiv iştirak etməklə yanaşı, İstanbul Teknik Universitetinin və Ege Universitetinin Keyfiyyət təminatı koordinatorları ilə görüşüb, oradakı proseslərlə yaxından tanış olub. 

 

Görüşlər zamanı K.Ağayeva AzMİU-nun Keyfiyyət təminatı və monitorinq mərkəzinin fəaliyyəti ilə bağlı ətraflı məlumat verib, həmçinin İTU və Ege Universitetinin təcrübəsini öyrənib. 

 

Səfər çərçivəsində Ege Universiteti ilə “Marketinq” ixtisası üzrə ikili diplom müqaviləsi məsələsi də müzakirə olunub. Müzakirələr nəticəsində AzMİU və Ege Universiteti arasında “Marketinq” ixtisası üzrə magistr səviyyəsində ikili diplom müqaviləsi prosesinin başladılması barədə universitetin rəhbərliyi ilə ilkin razılıq əldə olunub.

 

 



17.10.2023 | 10:39