SAF 2023-ə qeydiyyat başa çatıb

Beynəlxalq STEAM Azərbaycan Festivalına (SAF 2023) qeydiyyat prosesi başa çatıb. Festivalda iştirak üçün ümumilikdə 4 795 nəfər qeydiyyatdan keçib. Onlardan 4 459 nəfəri yerli, 336 nəfəri isə xarici iştirakçıdır.
 

Oktyabrın 20-dən final mərhələsi üçün seçim turlarına start veriləcək.
 

Qeyd edək ki, festival Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 4 – 8 dekabr 2023-cü il tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək. Festival 14 kateqoriya üzrə yarış və 1 kateqoriya üzrə innovativ layihələr sərgisi formatında təşkil ediləcək. 
 

Festivalın keçirilməsində məqsəd STEAM əsaslı tədrisin təşviqi, təhsilalanlar arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı, rəqəmsal texnologiya biliciləri olan şagird və tələbələrin aşkarlanması, şəbəkələşməsi, innovasiyalar və rəqəmsallaşma üzrə beynəlxalq təcrübənin öyrənilməsidir. 
 

STEAM təhsil metodu 5 əsas disiplinin birgə təşkilidir. Bu metod elm (Science), texnologiya (Technology), mühəndislik (Engineering), incəsənət (Art), riyaziyyatı (Math) inteqrasiya olunmuş şəkildə tədris etmək ideyası üzərində qurulub. 

 



19.10.2023 | 16:00