UTECA-da "Kapital Bank Auditoriyası"

Azərbaycan Texnologiya Universitetində (UTECA) "Kapital Bank Auditoriyası" istifadəyə verilib.


Tədris otağı universitet-sənaye əməkdaşlığı çərçivəsində Kapital Bankın tam dəstəyi ilə qurulub.
 

İqtisadiyyat kafedrası nəzdində yaradılan "Kapital Bank Auditoriyası"nın açılış lentini UTECA-nın rektoru vəzifəsini müvəqqəti icra edən dosent Yaşar Ömərov və Kapital Bankın Pərakəndə satış departamentinin rəhbəri Məhəmməd İbrahimov kəsib.
 

Daha sonra auditoriya ilə tanışlıq olub, ardınca Kapital Bankın təqdimatı edilib. Bildirilib ki, ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir.
 

İqtisadiyyat və idarəetmə fakültəsində yerləşən "Kapital Bank Auditoriyası" müasir tədris standartlarına cavab iverir. Otaq Kapital Bankın rəng və ornamentlərinə, eləcə də erqonomika qaydalarına uyğun dizayn edilib.
 

28 nəfərlik innovativ tədris otağı ağıllı lövhə, müvafiq sayda noutbuk və digər zəruri ofis avadanlıqları ilə tam təchiz edilib.
 

Açılış çərçivəsində UTECA ilə Kapital Bank arasında gələcək layihələr də müzakirə olunub.

 



25.10.2023 | 17:32