Elm və Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Ticarət Nazirliyi arasında müqavilə imzalanıb

Oktyabrın 26-da Elm və Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Ticarət Nazirliyi arasında “Naxçıvan Muxtar Respublikasına interaktiv təhsil yardımı” layihəsinə dair müqavilə imzalanıb.



Müqavilə elm və təhsil naziri Emin Əmrullayev və Çin Xalq Respublikasının fövqəladə və səlahiyyətli səfiri Guo Min tərəfindən imzalanıb.


Qeyd edək ki, sözügedən müqavilə Çin Xalq Respublikası hökuməti ilə Azərbaycan Respublikası hökuməti arasında bağlanmış texniki-iqtisadi əməkdaşlıq haqqında sazişlər çərçivəsində imzalanıb. Müqaviləyə əsasən Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, həmçinin nazirliyə tabe müəssisələrin texniki infrastrukturunun qurulması, data mərkəzi və elektron platformanın yaradılması nəzərdə tutulur.

 



27.10.2023 | 12:01