BDU əməkdaşı İtaliyanın Kalabriya Universitetində tədqiqat aparacaq

Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Tədqiqat və innovasiyalar sektorunun mütəxəssisi Xatirə Mehtiyeva İtaliyanın Kalabriya Universitetində tədqiqat aparacaq.

 

X.Mehtiyeva İtaliya höküməti tərəfindən xaricdə yaşayan İtaliya vətəndaşları və xarici vətəndaşlar üçün 2023/2024-cü illər üzrə elan edilmiş qrant müsabiqəsinin qalibi olub. Qrant proqramı çərçivəsində o, 2023-cü il 01 dekabr - 2024-cü il 31 may tarixlərində İtaliyanın Kozentsa əyalətində yerləşən Kalabriya Universitetində “Laylı Van-der-Vaals birləşmələri əsaslı, maqnit atomları ilə aşqarlanmış topoloji izolyator materiallarının strukturunun və elektron xassələrinin tədqiqi” mövzusunda elmi tədqiqat işi aparmaq imkanı qazanıb.

 

 



30.10.2023 | 11:05