UTECA İstanbul Nişantaşı Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Texnologiya Universiteti (UTECA) ilə İstanbul Nişantaşı Universiteti (İNU) arasında əməkdaşlıq memorandumu imzalanıb.

 

Bu münasibətlə hər iki universitet arasında onlayn görüş keçirilib. Görüşdə ATU-nun rektoru vəzifəsini müvəqqəti icra edən dosent Yaşar Ömərov və İNU-nun rektoru professor İlhami Çolak əməkdaşlığın perspektivlərindən, hər iki universitet üçün əhəmiyyətindən danışıb, birgə görüləcək işləri müzakirə ediblər.
 

Görüş çərçivəsində hər iki ali məktəb haqqında hazırlanmış qısa təqdimatlar nümayiş etdirilib, sonda əməkdaşlıq memorandumu imzalanıb.
 

Memorandumda Texnologiya Universiteti ilə Nişantaşı Universiteti arasında akademik və inzibati heyətin, eləcə də tələbələrin mübadiləsini həyata keçirmək, elmi-tədqiqat sahəsində əməkdaşlıq məsələləri nəzərdə tutulur.

 

 



31.10.2023 | 10:30