Səmərəli məktəb idarəetmə modeli | |
Cəmiyyət həyatının bütün sahələrində olduğu kimi təhsildə uğurlu idarəetmə inkişafın rəhnidir. Buna görə də bütün dünyada təhsil müəssisələrində keyfiyyətli idarəetmə modelinin yaradılmasına xüsusi diqqət ayrılır. Təsadüfi deyil ki, beynəlxalq ekspertlərin dünyanın ən uğurlu təhsil sistemlərinə dair hesabatlarında da məktəb sistemində idarəetmə faktorları xüsusi qabardılır. Tədbirdə çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva qeyd edib ki, təhsil sahəsində son 2 il ərzində islahatların aparılması ilə yanaşı, beynəlxalq təcrübənin tətbiqinə də geniş yer verilib: "Bu gün təhsil sahəsində vacib islahatlar aparılır. Bunların hamısının təməlini ümumtəhsil təşkil edir. Bu sahədə çalışan hər bir kəs üzərinə düşən məsuliyyəti dərk edir. Ümumtəhsil sahəsi təhsil sisteminin təməl sütunudur və şəxsiyyətin formalaşması buradan başlayır". M.Vəliyeva beynəlxalq əməkdaşlıq çərçivəsində ümumi təhsilin inkişafına dair görüşlərin, seminarların təşkilinin əhəmiyyətindən bəhs edərək təhsilin inkişafı üçün təcrübə mübadiləsinin aparılmasının vacibliyini qeyd edib. Onun sözlərinə görə, səmərəli məktəb idarəetmə modelinin yaradılması istiqamətində tədrisin keyfiyyətinə təsir göstərən işlərin həyata keçirilməsi mühüm amillərdəndir. M.Vəliyeva qeyd edib ki, "Ümumi təhsildə keyfiyyət ili"nin elan olunması təhsildə idarəetmənin təşkili sahəsində də bir sıra vəzifələr qoyur. O, Avropa Komissiyası ilə həyata keçirilən layihənin də bu vəzifələrin reallaşdırılmasına həsr olunduğunu bildirib. Layihənin məktəbin uğurlu işinin təşkili məsələlərinə həsr olunduğunu deyən M.Vəliyeva oktyabrda məktəb direktorları və müəllimlər üçün pedaqoji seminarların keçirilməsinin nəzərdə tutulduğunu vurğulayıb. Məktəblər özünü maliyyələşdirmə sisteminə keçməlidir
O ümid etdiyini bildirib ki, “Məktəb idarəetməsi”nə həsr olunan seminar da maliyyələşmə ilə bağlı beynəlxalq təcrübənin təhsil ictimaiyyətimizə çatdırılmasında çox faydalı olacaq. "Şəffaf, hesabatlılığa əsaslanan təhsil sistemi dünyanın hər yerində eynidir. Bu, bütün təhsil sistemi üçün xasdır". İstedadlı uşaqlarla işin təşkili
H.Əsgərovun çıxışında diqqət yetirdiyi ikinci mühüm məsələ uşaqlarla işin təşkili mövzusu olub. İstedadlı uşaqlarla işin təşkilinə xüsusi yanaşmanın zəruriliyindən danışan BŞTİ rəsmisi xüsusu istedadlar siniflərinin yaradılmasının əhəmiyyətindən danışıb. Seminar gedişində nüfuzlu ekspertlər məktəb idarəetməsinə dair təqdimatla çıxış ediblər. Onlar idarəetmə sahəsində bir sıra uğurlu layihələrini Azərbaycan təhsil sistemində də tətbiq etməyə hazır olduqlarını bildiriblər.
|
|
28.09.2017 | 16:59 | |
|
|
|