Türkiyənin Orta Doğu Texniki Universiteti ilə “Erasmus” mübadilə protokolu imzalanıb

Bakı Dövlət Universiteti (BDU) və Türkiyənin Orta Doğu Texniki Universiteti (OTDÜ) arasında “Erasmus” mübadilə protokolu imzalanıb.

Protokolu BDU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov və ODTU-nün  “Erasmus” koordinatoru Qaye Teksöz imzalayıb.

Protokol BDU ilə OTDÜ arasında əlaqələrin genişləndirilməsini, təhsilalanlar, tədqiqatçılar və akademik heyətin mübadiləsini nəzərdə tutur.

Qeyd edək ki, əsası 1956-cı ildə qoyulmuş OTDÜ Türkiyənin nüfuzlu universitetlərindən biridir. 28000-dən çox  tələbənin təhsil aldığı universitetdə 5 fakültə, 5 peşə məktəbi və 5 beş institut fəaliyyət göstərir.

04.11.2023 | 15:00