UNEC-in magistri “Statistik olimpiada”nın qalibi olub

Azərbaycan Dövlət İqtisad İniversiteti (UNEC) Biznes Məktəbinin (MBA) magistri Yaqut Topçubaşova Dövlət Statistika Komitəsi tərəfindən təşkil olunan “Statistik olimpiada”da 1-ci yeri qazanıb.

 

“Heydər Əliyev İli” çərçivəsində təşkil olunan respublika olimpiadasında müxtəlif ali təhsil müəssisələrindən 203 tələbə iştirak edib. İştirakçılar olimpiadada təhsil dövründə qazandıqları statistik bilik və bacarıqlarını nümayiş etdiriblər.

 

203 tələbə arasından UNEC-in “Marketinq” ixtisası üzrə 2-ci kurs magistrantı olan Yaqut Topçubaşova qalib olub.

 

Olimpiadanın qaliblərinə diplom və hədiyyələr təqdim edilib.

 



04.11.2023 | 15:22