Polşa universitetlərinin nümayəndələri BDU-da

Polşadan olan akademik nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub. 

 

Görüşdə Polşanın Perspektiv Təhsil Fondu, Mariya Skladovskaya Küri Universiteti, Yagellon Universiteti, Sileziya Texnologiya Universiteti, Krakov İqtisad Universiteti, Krakov Texnologiya Universiteti və Qdansk Universitetindən nümayəndələr iştirak ediblər.  

 

BDU rektoru Elçin Babayev nümayəndə heyətinə universitetin tədris, elmi fəaliyyəti, beynəlxalq əlaqələri ilə bağlı məlumat verib, Polşa ali məktəbləri ilə əməkdaşlıq münasibətlərinin inkişaf etdirilərək yeni müstəviyə keçirilməsinin vacibliyini vurğulayıb. Rektor BDU ilə Polşa universitetləri arasında əlaqələrin qurulması, akademik, inzibati heyətin və tələbə mübadiləsinin artırılmasının əhəmiyyətinə də toxunub. E.Babayev, eyni zamanda ortaq mədəni tədbirlərin, forumların, elmi konfransların keçirilməsinin, birgə elmi qrantlara müraciət edilməsinin vacibliyini bildirib.  

 

Polşa universitetlərinin nümayəndələri BDU ilə əlaqələrin inkişafında və qeyd olunan istiqamətlərdə əməkdaşlıqda maraqlı olduqlarını ifadə ediblər. 

 

 



07.11.2023 | 11:07