Mingəçevir şəhərinin 75 illik yubileyi münasibətilə tələbə ekskursiyaları təşkil edilib

Mingəçevir Dövlət Universitetinin (MDU) tələbələri Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində Mingəçevir şəhərinin 75 illik yubileyi münasibətilə Mingəçevir Şəhər Heydər Əliyev Mərkəzi, Mingəçevir Şəhər Tarix Muzeyi, Mingəçevir SES və “Azərbaycan İES” MMC-yə ekskursiya ediblər.

 

Heydər Əliyev Mərkəzində tələbələr Ümummilli Lider, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin həyat yolu, ölkəmizin inkişafında göstərdiyi xidmətləri haqqında məlumat alıb, mərkəzdə olan fotoşəkil və eksponatlarla tanış olublar.

 

Mingəçevir Tarix Muzeyində tələbələrə muzeyin fəaliyyəti, burada qorunub saxlanılan eksponatlar və Mingəçevirdə aparılmış arxeoloji qazıntılar barədə məlumat verilib.

 

Elektrik stansiyalarına təşkil edilmiş ekskursiyalar zamanı tələbələr strateji əhəmiyyətli müəssisələrin fəaliyyəti ilə yaxından tanış olublar.

 

Qeyd edək ki, ekskursiyalar Mingəçevir şəhərinin 75 illik yubileyi münasibətilə MDU-da təsdiq edilmiş müvafiq tədbirlər planına uyğun təşkil olunub.

 



07.11.2023 | 13:39