UNICEF-in baş ofisinin təhsil və yeniyetmələrin inkişafı üzrə direktoru “Yeni çağırışlar”da

24 noyabr saat 19:00-da “Yeni çağırışlar” müzakirə proqramında UNICEF-in baş ofisinin təhsil və yeniyetmələrin inkişafı üzrə direktoru Robert Cenkins qonaq olacaq. Robert Cenkins ilə “Təhsil gözləyə bilməz” mövzusunda danışılacaq.

 

1995-ci ildə karyerasına UNICEF-də mütəxəssis kimi başlayan Robert Cenkins Afrika, Asiya və Yaxın Şərqdə beynəlxalq inkişaf və humanitar proqramlaşdırma üzrə 20 ildən çox təcrübəyə malikdir.

 

Robert Cenkins 2014–2019-cu illərdə UNICEF-in İordaniya nümayəndəsi, 2009–2014-cü illərdə isə UNICEF-in baş ofisində Siyasət və strategiya departamentinin direktor müavini vəzifələrində çalışıb.

  

Robert Cenkins Təhsil üzrə Qlobal Tərəfdaşlıq, “Təhsil gözləyə bilməz” Qlobal Təhsil Monitorinqi Hesabatı daxil olmaqla bir neçə şurada fəaliyyət göstərir. 

 

Qeyd edək ki, “Yeni çağırışlar” proqramı Elm və Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən Azərbaycan dilinə tərcümə ilə canlı yayımlanacaq.

 

 



14.11.2023 | 16:24