Təhsil müəssisələrinin maliyyə-mühasibatlıq işçiləri üçün praktiki seminar keçirilib

Noyabrın 15-də Elm və Təhsil Nazirliyinin tabeliyində olan və Bakı şəhərində yerləşən ümumi təhsil, peşə təhsili, məktəbdənkənar təhsil müəssisələrinin baş mühasiblərinin iştirakı ilə praktiki seminar keçirilib.  

 

Seminarda açılış nitqi ilə çıxış edən Elm və Təhsil Nazirliyinin Maliyyə şöbəsinin müdiri Rauf Orucov seminarın məqsədi, maliyyə-mühasibatlıq işçilərinin vəzifə və funksiyaları, dövlət büdcəsində təhsil xərclərinin həcmi barədə iştirakçıları məlumatlandırıb, mövcud problemlərin həlli istiqamətində bir sıra tövsiyələr verib.
    

Sonra Elm və Təhsil Nazirliyinin Təhsilin iqtisadiyyatı və statistika şöbəsinin müdiri Kənan Kərimzadə çıxış edərək büdcə və planlaşdırma, ortamüddətli xərclər çərçivəsinin tətbiqi, nəticəəsaslı idarəetmə mexanizmlərinə keçid, bu istiqamətdə görülən işlər, eləcə də təhsilin iqtisadiyyatı ilə bağlı bir sıra statistik göstəriciləri seminar iştirakçılarının nəzərinə çatdırıb. 
    

Daha sonra seminar hər iki şöbə əməkdaşlarının müvafiq təqdimatları və müzakirələrlə davam etdirilib.

    
Seminarın sonunda isə mühasibləri maraqlandıran suallar cavablandırılıb, müvafiq təklif və tövsiyələr verilib.

 

 



16.11.2023 | 17:19