Bakı Ali Neft Məktəbi ilə Çin Neft Universiteti arasında müqavilə imzalanıb

Bakı Ali Neft Məktəbi ilə (BANM) Çin Neft Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

 

İmzalanma SOCAR-ın vitse-prezidenti Ziba Mustafayevanın başçılığı ilə nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri çərçivəsində baş tutub.

 

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və Çin Neft Universitetinin rektoru professor Vu Siaolin tərəfindən imzalanan müqavilə birgə tədqiqat fəaliyyəti, müəllim, tələbə, tədris və elmi materialların mübadiləsi, elmi forum və konfransların təşkilini nəzərdə tutur.  

 

İmzalanmadan əvvəl Çin Neft Universitetinin rektoru professor Vu Siaolin və universitetin pedaqoji heyəti ilə görüş keçirilib. Görüşdə Bakı Ali Neft Məktəbi və Çin Neft Universiteti arasında əməkdaşlığın cari vəziyyəti, gələcək perspektivləri barədə müzakirələr aparılıb. Bu xüsusda, bərpa olunan enerji və süni intellekt sahələrində birgə fəaliyyətə əhəmiyyət verildiyi qeyd edilib. Bir neçə ay bundan əvvəl BANM-də təşkil edilən təcrübə mübadilə proqramına qatılan çinli tələbələrin, orada qazandıqları təcrübədən xoş təəssüratlarla geri döndükləri bildirilib.  

 



22.11.2023 | 17:33