Azərbaycanla Gürcüstan arasında elm və təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub

Tbilisidə səfərdə olan elm və təhsil nazirinin müavini Həsən Həsənlinin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanın təhsil və elm naziri Giorgi Amilaxvari ilə görüşüb.

 

Görüşdə Azərbaycanla Gürcüstan arasında elm və təhsil sahəsində əməkdaşlığın perspektivləri diqqət mərkəzində olub. Söhbət zamanı iki ölkənin müvafiq universitetləri arasında müəllim və tələbə mübadiləsi, birgə elmi araşdırmalar istiqamətində əməkdaşlıq və s. məsələlər barədə fikir mübadiləsi aparılıb.

 

Azərbaycanla Gürcüstan arasında elm və təhsil sahəsində əməkdaşlığın daha da genişlənməsi və inkişafı baxımından qarşılıqlı səfərlərin sayının artırılmasının vacibliyi qeyd edilib.

 

Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, elm və təhsil nazirinin müşaviri Simuzər Feyzullayeva, Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev, Elm və Təhsil Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Departamentinin rəhbəri Tural Əhmədov, BDU-nun Təhsil prosesinin təşkili və idarə edilməsi departamentinin rəhbəri Elçin Məmmədov iştirak ediblər.

 

Bu barədə BDU-dan məlumat verilib.

 



28.11.2023 | 12:23