Məktəbəhazırlıq qruplarında tədrisin vəziyyəti müzakirə edilib

 

Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində olan və məktəbəhazırlıq qruplarının fəaliyyət göstərdiyi ümumtəhsil məktəblərinin direktorları ilə “Microsoft Teams” platforması üzərindən onlayn görüş keçirilib. Regional təhsil  idarəsindən  verilən məlumata görə, regional idarənin və rayon təhsil sektorları əməkdaşlarının iştirak etdiyi görüşdə məktəbəhazırlıq qruplarında tədrisin vəziyyəti müzakirə edilib, həmin qruplarda təhsil alan uşaqların istifadəsi üçün Elm və Təhsil Nazirliyi tərəfindən təqdim edilən tədris ləvazimatlarının istifadəsinə dair təlimat və tapşırıqlar verilib.

        

Sonda direktorları maraqlandıran suallar cavablandırılıb.

                                             

Şakir CƏFƏROV



28.11.2023 | 15:05