“Gələcək üçün bacarıqlar” layihəsində iştirak edən tələbələrlə görüş

Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiyalar Mərkəzinin təşəbbüsü ilə həyata keçirilən “Gələcək üçün bacarıqlar layihəsi çərçivəsində “Tusi (2C)” inkubasiya proqramında iştirak etmiş tələbələrlə görüşüb.

 

İnnovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsi, innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və onların ölkəmizin texnoloji inkişafında önəmli rol oynayan ixtira sahəsinə yönləndirilməsi məqsədi daşıyan layihənin təlimlərində MDU-nun 50-ə yaxın tələbəsi iştirak edib.

 

Görüşdə layihənin gənclər üçün önəmindən bəhs edən Ş.Bayramov təlimlərdə uğurla iştirak etmiş tələbələri təbrik edib və onlara uğurlar arzulayıb.

 

Göstərilən diqqətə və yaradılan şəraitə görə təşəkkürlərini bildirən tələbələr təlimlərlə bağlı təəssüratlarını bölüşüblər.

 

Sonda layihə çərçivəsində “Tusi (2C)” inkubasiya proqramını uğurla başa vuran MDU tələbələrinə sertifikatları təqdim edilib.

 



29.11.2023 | 12:05