TKTA-nın nümayəndələri Avropa Təlim Fondunun beynəlxalq tədbirində iştirak edib

Təhsildə Keyfiyyət Təminatı Agentliynin (TKTA) nümayəndələri Avropa Təlim Fondunun (ATF) təşkilatçılığı və Türkiyə Respublikasının Peşə Kvalifikasiyaları Agentliyinin tərəfdaşlığı ilə Ankara şəhərində keçirilən “Qeyri-formal və informal təhsilin tanınması mexanizmlərinin təkmilləşdirilməsi” adlı beynəlxalq tədbirdə iştirak ediblər.

 

Tədbirin əsas məqsədi tərəfdaş ölkələrdə qeyri-formal və informal yollar ilə əldə edilən kvalifikasiyaların tanınması mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində şəbəkələşmə qrupunun yaradılması, Avorpa İttifaqına (Aİ) üzv və tərəfdaş ölkələrin ən yaxşı təcrübələrinin öyrənilməsi, qarşılıqlı fikir mübadiləsinin aparılması, Avropa İttifaqı tərəfindən hazırlanmış metodoloji vəsaitlərin müzakirə olunması, eyni zamanda Türkiyə Respublikasının ən yaxşı təcrübələri ilə iştirakçıları yaxından tanış etmək olub.

 

Tədbir zamanı Agentliyin Qeyri-formal və informal təhsilin tanınması şöbəsinin müdiri Könül Əhmədova Azərbaycanda qeyri-formal və informal yollarla əldə edilmiş  bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi proseduru haqqında geniş formatda təqdimat edib, iştirakçıları mövcud qanunvericilik, son illərdə həyata keçirilmiş layihələr, qarşıda duran hədəflər və gələcək planlar haqqında məlumatlandırıb, iştirakçıların suallarını cavablandırıb. Eyni zamanda, tədbirin gündəliyinə uyğun olaraq TKTA-nın Qeyi-formal və informal təhsilin tanınması şöbəsinin baş məsləhətçisi Əli Tağıyev Türkiyə Respublikasında qeyri-formal və informal təhsilin tanınması mövzusunda qrup işini fasilitasiya edib.

 

Sonda Avropa Təlim Fondunun təşəbbüsü ilə Fondun tərəfdaş ölkələrinin müvafiq qurumlarının iştirakı ilə birgə şəbəkənin yaradılması haqqında ilkin razılıq əldə edilib və gələcək planlar müzakirə olunub.

 

 Bu barədə TKTA-dan bildirilib.  

 



06.12.2023 | 12:03