ADNSU beynəlxalq elmmetrik bazalarda daha yuxarı pilləyə yüksəlib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) beynəlxalq məlumat bazalarında elmi göstəriciləri yüksələn xətt üzrə dəyişir. Belə ki, ADNSU 2023-cü ildə alimlərinə və onların elmi məqalələrinə olunan istinadlara görə “Scopus” və “Web of Science” verilənlər bazasında Azərbaycanda ali təhsil müəssisələri arasında 3-cü, AMEA-nın institutları ilə birlikdə 5-ci, “Google Scholar” beynəlxalq elmmetrik platformasından isə hər iki istiqamətdə 2-ci pilləyə yüksəlib. 

 

Müqayisə üçün qeyd edək ki, 2022-ci ildə ADNSU “Scopus”-da 5, “Web of Science”-da 6 və “Scholar”-da 7-ci pillələrdə yer almışdı. ADNSU alimlərinə və onların elmi məqalələrinə istinadların elmmetrik bazalarda son 1 ildə yüksəlişini H-index gösətricilərinə görə də nəzərdən keçirsək görərik ki, “Scopus”-da bu göstərici 37-dən 40-a, “Web of Science”da 34-dən 37-ə və  “Google Scholar”-da isə 42-dən 67-ə yüksəlib. 

 

Xatırladaq ki, son 1 ildə ADNSU əməkdaşlarının “Scopus” və “Web of Science”-da 350 elmi məqaləsi dərc olunub.

 

 



13.12.2023 | 10:23