Türkiyənin Çankaya Universiteti ilə memorandum imzalanıb

Türkiyənin Çankaya Universitetinin rektoru professor Hadi Hakan Maraş və prorektor professor  Buket Akkoyunlu Azərbaycan Texniki Universitetinin (AzTU) qonağı olub.

 

Qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüblər.

 

Hadi Hakan Maraş Çankaya Universitetinin fəaliyyəti barədə məlumat verib. Bildirib ki, 25 illik tarixi olan Çankaya Universiteti Türkiyənin aparıcı özəl universitetlərindən biridir. Universitet ali təhsil sahəsində müxtəlif beynəlxalq reytinqlərdə Türkiyə universitetləri arasında qabaqcıl yerlərdən birini tutur. Rektor təmsil etdiyi ali təhsil müəssisəsində tədris və tədqiqat sahəsində görülən işlər barədə də ətraflı məlumat verib.

 

Qonaqları AzTU-da görməkdən məmnunluğunu ifadə edən rektor Vilayət Vəliyev universitetdə təhsilin müasir tələblərə uyğun qurulması, eləcə də tədris və tədqiqatın beynəlmiləlləşməsinin əhəmiyyətini vurğulayıb. Rektor Çankaya Universiteti ilə gələcək əməkdaşlıq istiqamətləri ilə bağlı fikirlərini bölüşüb.

 

Görüşün sonunda hər iki universitet arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

 

Sonra qonaqlar AzTU-nun kampusu ilə tanış olublar.



18.12.2023 | 10:12