Dövlət İdarəçilik Akademiyasının müəllimləri üçün təlim keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dillər kafedrasının müəllimləri üçün təlim keçirilib. Təlim Kanadanın Kalqari şəhərində yerləşən Kolumbiya Kollecinin baş müəllimləri Simon Best və Fəridə Ağammədova tərəfindən təqdim edilib.

 

Təlim ingilis dilinin tədrisi üzrə materialların hazırlanması istiqamətində süni intellektin imkanlarından istifadəyə həsr olunub. Təlim iştirakçıları süni intellektin ingilis dilinin tədrisində müsbət və mənfi tərəflərini müzakirə edib, nəticələrin effektivliyi üçün metodologiyanı öyrəniblər. Eyni zamanda təlimdə iştirakçılar əsas mülahizələri nəzərə alaraq, xarici dil təhsilini təkmilləşdirmək üçün süni intellektdən istifadə etməklə bağlı praktiki anlayışların önəmi haqqında geniş məlumat əldə ediblər.

 

Təlimin sonunda Kolumbiya Kollecinin müəllimləri tərəfindən iştirakçıların sualları cavablandırılıb.

 

 



18.12.2023 | 10:34