ADPU-nun 3 tələbəsi "Heydər Əliyev adına təqaüd"ə layiq görülüb

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 3 tələbəsi - riyaziyyat fakültəsinin "Riyaziyyat və informatika müəllimliyi" ixtisasının II kurs tələbəsi Zümrüd Tağızadə, SABAH qruplarının "Riyaziyyat və informatika müəllimliyi" ixtisasının IV kurs tələbəsi Nuray Məmmədova və ibtidai təhsil fakültəsinin "İbtidai sinif müəllimliyi" ixtisasının IV kurs tələbəsi Ləman Rzazadə "Heydər Əliyev adına təqaüd"ə layiq görülüblər.

 

Qeyd edək ki, ilk dəfə təqdim edilən bu təqaüd ölkə üzrə bakalavriat səviyyəsində təhsil alan və ən yüksək təhsil göstəriciləri olan 100 tələbəyə verilir. Birdəfəlik verilən təqaüdün məbləği 3000 AZN-dir.



18.12.2023 | 11:00