BDU-da bioyanacaq istehsalı üçün membran texnologiyasından istifadə yolları araşdırılır

Bakı Dövlət Universitetinin (BDU) biologiya fakültəsinin dekanı Afət Məmmədovanın həmmüəllifi olduğu “Membran reaktorunda yeyilməz  bitki xammalının parametrik optimallaşdırılması yolu ilə heterogen titan dioksid əsaslı nanokatalizatordan istifadə edərək daha təmiz bioyanacaq istehsalı: davamlı enerji inkişafına  dəstək” (“Cleaner biofuel production via process parametric optimization of nonedible feedstock in a membrane reactor using a titania-based heterogeneous nanocatalyst: an aid to sustainable energy development”) adlı məqalə “Web of Science”, SCOPUS və “Pub Med”  elemmetrik bazalarına daxil olan Q2 kvartilli “Membranes” jurnalında dərc olunub:

 

https://www.mdpi.com/2077-0375/13/12/889

 

Məlumdur ki, membran texnologiyası ekoloji cəhətdən təmizliyi, asan idarə olunması, az enerji tələb etməsi və yaxşı stabillik nümayiş etdirməsi kimi üstün cəhətlərinə görə  biodizel sintezində ənənəvi texnologiyaları əvəz edir. Tədqiqat işi membran reaktor vasitəsilə yeyilməyən Azadhiracta indica toxumu yağından biodizel istehsalı üçün yüksək reaktiv və təkrar emal edilə bilən titan oksid (TiO2) əsaslı heterogen nanokatalizatorun sintezi və bioyanacaq istehsalında tətbiqinə həsr olunub.

 

Əvvəlcə Azadhiracta indica toxumu yağının tərkibindəki sərbəst turşularının miqdarı (6,52 mq/q KOH) ikimərhələli esterifikasiya yolu ilə 1%-dən kiçik qiymətlərə qədər endirilib, sonra optimal şəraitdə  (metanol:yağ=9:1, reaksiyanın temperaturu 90°C və qarışdırılma sürəti 600 dövr/dəq) əks esterifikasiya yolu ilə titan oksid heterogen nanokatalizatorundan istifadə etməklə biodizelin sintezi həyata keçirilib.

 

Müəyyən olunub ki, fiziki-kimyəvi xüsusiyyətlərinə görə Azadirachta indica toxumu yağı biodizel istehsalı üçün əlverişlidir.

 



18.12.2023 | 12:04