“ALSTOM Transport Azərbaycan” şirkətinin nümayəndələri tələbələrlə görüşüb

“ALSTOM Transport Azərbaycan” MMC-nin nümayəndələri şirkətin təşkil edəcəyi növbəti təlimlərlə bağlı məlumat və qaydaları açıqlamaq üçün Azərbaycan Texniki Universitetinin (AzTU) nəqliyyat və logistika fakültəsinin tələbələri ilə görüşüb. Görüşdə AzTU ilə şirkətin əməkdaşlıq əlaqələri barədə məlumat verilib. Növbəti təlimlərlə bağlı iştirak mərhələləri, təlimlərin tələbələrin karyeralarının inkişafındakı rolu və digər məsələlər diqqətə çatdırılıb.

 

Görüşün sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.

 

 



20.12.2023 | 11:06