“Azərbaycanda pedaqoji təhsilin inkişaf perspektivləri”

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) kimya və biologiya fakültəsinin təşəbbüsü ilə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Azərbaycanda pedaqoji təhsilin inkişaf perspektivləri” mövzusunda elmi seminar təşkil olunub.

 

Elm və Təhsil Nazirliyinin  Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru, Pedaqoji Universitetin məzunu, akademik Vaqif Abbasovun təqdimatında keçirilən seminarda ADPU-nun rektoru professor Cəfər Cəfərov, elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov, beynəlxalq əlaqələr üzrə prorektor professor Mahirə Hüseynova, kimya və biologiya fakültəsinin dekanı dosent Reyhan Ağayeva, filologiya fakültəsinin dekanı dosent əvəzi Könül Həsənova və universitetin professor-müəllim heyəti iştirak edib.

 

Rektor C.Cəfərov və fakültə dekanı R.Ağayevanın giriş sözündən sonra çıxış edən akademik Vaqif Abbasov Ulu Öndər Heydər Əliyevin dünyamiqyaslı siyasətindən, onun bütün fəaliyyəti dövründə elm, təhsil və mədəniyyətin inkişafına xüsusi qayğı ilə yanaşmasından, müəllim peşəsinin dəyərləri və ideal müəllim modelindən, cəmiyyətin həyatında mühüm rolu olan elm və təhsil sahəsindəki islahatlardan,  Prezident İlham Əliyevin Azərbaycan təhsilinin inkişafı üçün apardığı uğurlu təhsil islahatlarından bəhs edib.

 

Seminarda universitetin analitik və üzvi kimya kafedrasının müdiri professor Ə.Zalov, dosent H.İbrahimov, professor N.Verdizadə və digərləri mövzu ətrafında çıxışlar edərək fikirlərini səsləndirib, akademik V.Abbasova gənc kimya müəllimlərinin yetişməsinə göstərdiyi dəstəyə görə təşəkkür ediblər.



28.12.2023 | 10:40