Lisey şagirdləri UFAZ-da

“Kaspi” Liseyinin şagirdləri Azərbaycan-Fransız Universitetində (UFAZ) olublar.

 

Əvvəlcə onlara UFAZ-ın təklif etdiyi bakalavr proqramları, qəbul şərtləri və digər təhsil imkanları haqqında məlumat verilib.  Daha sonra şagirdlər  UFAZ-ın elmi laboratoriyalarına ekskursiya edib, burada kimya və fizika laboratoriyaları ilə tanış olublar.

 

Sonda tələbələrlə sual-cavab keçirilib.

 

 



28.12.2023 | 11:01