Yanvarın 7-dən BDU-da qış imtahan sessiyası başlayacaq

Bakı Dövlət Universitetində (BDU) 2023/2024-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyası yanvarın 7-də başlayacaq. Bu barədə BDU Elmi Şurasının iclasında qərar qəbul olunub.

 

İmtahanlar yazılı və şifahi olmaqla, iki növbədə (saat 10:00-13:00 və 14:00-17:00) keçiriləcək.

 

Sessiya  zamanı üzrlü və üzrsüz səbəblərdən imtahanda iştirak etməyən təhsilalanlara həmin fənlərdən imtahan vermək üçün 2024-cü ilin fevral ayının 5-dən 14-dək şərait yaradılacaq.

 

Ayrı-ayrı fənlər üzrə auditoriya saatlarının 25%-dən çoxunda iştirak etməyən tələbələr həmin fəndən imtahana buraxılmayacaqlar.

 



30.12.2023 | 11:07