“ADA” ilə Hindistanın Kurukşetra Universiteti peşəkar inkişaf proqramları və təlimlər üzrə əməkdaşlıq edəcək

ADA Universiteti Hindistanın Kurukşetra Universiteti ilə anlaşma memorandumu imzalayıb.

 

Universitetdən bildirilib ki, tərəflər müxtəlif istiqamlərdə əməkdaşlıq edəcəklər. Həmin istiqamətlərə birgə tədqiqat layihələri, konfrans, seminar, sərgilər və digər məsələlər daxildir.

 

Həmçinin, hər iki universitet peşəkar inkişaf proqramları və təlimlər üzrə əməkdaşlıq edəcək. Tələbələr isə mübadilə proqramında iştirak etmək imkanı qazanacaqlar.

 

 



19.01.2024 | 19:06