Gənc alim yaşıl enerji istehsalı üzrə araşdırmalar aparır

Bakı Dövlət Universitetinin (BDU) gənc alimi yaşıl enerji istehsalı üzrə araşdırmalar aparır. BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi Lalə Qəhrəmanlının həmmüəllifi olduğu “Günəş elementləri kimi MAPbX3 (X=I-, CL-, BR-) strukturlarının sabitliyinin molekulyar-dinamik modelləşdirilməsi” (“Molecular-dynamics modeling of structural stability of MAPbX3  (X=I-, CL-, BR-) as solar cells elements”)  adlı məqaləsi  “Ovonic Research” jurnalında (IF: 1.165) dərc olunub.  

 

https://chalcogen.ro/index.php/journals/journal-of-ovonic-research/12-jor/614-volume-20-number-1-january-february-2024?showall=1

 

 

İşdə hibrid üzvi/qeyri-üzvi perovskit strukturlarının nazik təbəqələr şəklində formalaşması üsulları və onların dayanıqlılığı öyrənilib. MAPbX3 (X=I-, CL-, BR-)  hibrid üzvi/qeyri-üzvi perovskitlər əsasında materialların nəzəri təhlilini aparmaq üçün molekulyar-dinamik simulyasiya yanaşmasından istifadə edilib. Tədqiqat işində müxtəlif modelləşmə üsulları ilə perovsikitlərin çevik və sərt birləşmə modelləri, eyni zamanda istilik prosesinin struktura təsiri ətraflı şəkildə təhlil edilib.

 



24.01.2024 | 17:04