THE reytinq şirkətinin nümayəndələri ADNSU-da olublar

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi dosent Vazeh Əskərov THE reytinq şirkətinin nümayəndələri ilə görüşüb. 

 

ADNSU-nun reytinq siyasətinin təşviqi məqsədi ilə universiteti ziyarət edən qonaqlar - THE reytinq şirkətinin Qlobal məsələlər üzrü baş direktoru Phil Baty, şirkətin kommersiya direktoru Lachyn İtalmazova və Akkreditasiya və lisenziya üzrə məsləhətçi Züfiyyə Şəfiyeva burada tədris və keyfiyyətli təhsil üçün yaradılan şəraitdən razılıqlarını bildiriblər.

 

ADNSU-nun beynəlxalq əlaqələr üzrə prorektoru dosent Rafiq Camalov və UFAZ-ın direktoru vəzifəsini müvəqqəti icra edən Lətifə Nəsibovanın da iştirak etdiyi görüşdə dosent Vazeh Əskərov qonaqlara universitet haqqında ətraflı məlumat verib. 

 

Görüşdə ikitərəfli əməkdaşlıq çərçivəsində təhsilin, elmi nailiyyətlərin inkişafı istiqamətində müasir yanaşmadan, o cümlədən perspektiv lahiyələrdən bəhs olunub. 

 

 



29.01.2024 | 11:17