AzTU Türkiyənin Kırıkkale Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru professor Vilayət Vəliyev və Türkiyənin Kırıkkale Universitetinin rektoru professor Ersan Aslanın iştirakı ilə onlayn görüş keçirilib. Görüşdə hər iki ali məktəbin nümayəndələri də iştirak ediblər.

 

Əvvəlcə hər iki rektor rəhbərlik etdikləri ali məktəblər haqqında geniş məlumat verib.

 

Görüşdə universitetlər arasında mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunub. Həmçinin sənayenin müxtəlif sahələrində birgə tədqiqat imkanları, birgə məqalə nəşri, ikili diplom proqramına başlamaq üçün uyğun istiqamətlərin araşdırılması, müəllim və tələbə mübadiləsinin həyata keçirilməsi və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

 

Müzakirələrdən sonra iki universitet arasında yaxın zamanlarda əməkdaşlıq müqaviləsinin imzalanması barədə razılıq əldə olunub.



05.02.2024 | 09:48