DİM yanvar ayı ərzində göstərilən xidmətlərin statistikasını təqdim edib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2024-cü ilin yanvar ayı ərzində magistraturaya qəbul imtahanına uyğun sınaq, həmçinin ingilis dili müəllimləri üçün bilik və bacarıqları beynəlxalq səviyyədə təsdiq edən TKT (Teaching Knowledge Test) imtahanları keçirilib. İmtahanlarda iştirak etmək üçün 752 nəfər qeydiyyatdan keçib.

 

Yanvar ayı ərzində Mərkəzin təqdim etdiyi elektron xidmətlərdə istifadə sayı isə 50371 olub. Ay ərzində Mərkəzdə 2440 vətəndaş qəbulu həyata keçirilib. Çağrı mərkəzi vasitəsilə 2000-ə yaxın şəxsin müraciəti cavablandırılıb. Digər xidmətlərin statistikası ilə cədvəldə tanış ola bilərsiniz.

 



05.02.2024 | 11:27