UFAZ-da yaz semestri başlayıb

Azərbaycan-Fransız Universitetində (UFAZ) yaz semestrinə start verilib. 

 

Ali məktəbdən bildirilib ki,  UFAZ-da davamlı qiymətləndirmə sistemi tətbiq edilir və yeni sistemə əsasən, buraxılış semestr imtahanları ləğv edilib, 3 müxtəlif tapşırıq və ya aralıq imtahan semestrin sonuna kimi qiymətləndirmə üçün yekunlaşdırılır. Nəticədə tələbələr semestr boyu bütün fənləri öyrənir və ardıcıl olaraq hazırlaşırlar. Bu qərar UFAZ-ın Elmi Komitəsinin tövsiyəsi əsasında İcraiyyə Komitəsinin iclasında təsdiq edilib.

 

Onu da qeyd edək ki, UFAZ-da tədris ilinin başlama və bitmə tarixləri akademik təqvimə uyğun olaraq hər il dəyişə bilər. 2023-2024-cü tədris ilinin payız semestri sentyabrın 11-dən dekabrın 29-dək davam edib.Yaz semestri yanvarın 29-dan mayın 27-dək davam edəcək.

 

 



06.02.2024 | 10:10