Səhiyyə Nazirliyi Füzuli şəhərində uşaqların kompleks tibbi müayinəsini təşkil edib

“İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” proqramı Azərbaycan Respublikasının əsas prioritetləri sırasındadır. Səhiyyə Nazirliyi işğaldan azad olunan ərazilərə köçürülən vətəndaşlar arasında sağlam həyat tərzinin təşviqi ilə bağlı aksiyalara və müxtəlif istiqamətlərdə tibbi müayinələrin keçirilməsinə başlayıb.

 

Nazirlikdən bildirilib ki, bu tədbirlərin başlıca məqsədi işğaldan azad olunan ərazilərə köçürülən əhali arasında fiziki aktivliyin təbliği, eyni zamanda vətəndaşların sağlamlığının daha da gücləndirilməsinə əlavə töhfə verməkdən ibarətdir.

 

Səhiyyə Nazirliyinin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu tərəfindən keçirilən ilk belə tədbir fevralın 5-də işğaldan azad olunan Füzuli şəhərində baş tutub. Nazirlik tərəfindən təşkil olunan tədbir çərçivəsində Füzuli rayonunda  yaşayan uşaqların kompleks tibbi müayinələri aparılıb.

 



06.02.2024 | 12:40