“Rezidentura” jurnalının xüsusi buraxılışının 1-ci nömrəsi nəşr edilib

Dövlət İmtahan Mərkəzi “Rezidentura” jurnalının xüsusi buraxılışının 1-ci nömrəsini nəşr edib.

 

Qurumdan bildirilib ki, bu nömrədə Azərbaycan Respublikasında rezidenturaya qəbul qaydaları, rezidentura üzrə ixtisas seçimi cədvəli, baza fənləri üzrə qəbul proqramları, qəbul imtahanında istifadə olunmuş bəzi test tapşırıqlarının izahı və tövsiyələr, test tapşırığı nümunələri və s. məlumatlar Azərbaycan və rus dillərində təqdim olunub. 

 

Jurnalları kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.

 

 



08.02.2024 | 12:18