6 nömrəli məktəb-liseydə Model BMT konfransı keçirilir

“Qafqazinfo” xəbər verir ki, ənənəvi olaraq  və DP-CAS beynəlxalq bakalavriat proqramının tələbələri tərəfindən keçirilən konfransda müxtəlif yerli və beynəlxalq məktəblərdən 150-dən çox şagird iştirak edir.

 

Konfrans iştirakçıları BMT-nin iş mexanizmləri və onun fəaliyyəti, beynəlxalq problemlərin həllinə töhfə verilməsi üsulları və danışıqlar prosesi haqqında daha çox məlumat əldə etmək imkanı qazanmaqla yanaşı, diplomatiya sahəsində öz bilik və bacarıqlarını inkişaf etdirirlər. 

 

Tədbirin açılış sessiyasında qonaq qismində Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə, Monteneqronun Azərbaycandakı Diplomatik Ofisinin rəhbəri Milika Buriç, Elm və Təhsil Nazirliyinin Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov çıxış edib.

 

Qonaqlar tələbələrlə öz təcrübə və tövsiyələrini paylaşaraq onlara təhsildə uğurlar arzulayıb.

 

Qeyd edək ki, konfrans 2 gün ərzində davam edəcək.

 



11.02.2024 | 12:56