VEX Robotics yarışmasının ölkə turnirinə qeydiyyat başladı

VEX Robotics yarışmasının VEX IQ və VEX V5 kateqoriyaları üzrə ölkə turnirinə qeydiyyat başladı.

 

Qeydiyyat www.steam.edu.az portalı üzərindən 13 fevral saat 12:00-a qədər davam edəcək.

 

Ölkə turniri 23-24 fevral 2024-cü il tarixlərində keçiriləcək.

 

Qeydiyyat prosesində VEX IQ üzrə 10-15 yaşlı (1 may tarixinə qədər 16 yaşı tamam olmayan), VEX V5 üzrə 14-17 yaşlı (1 may tarixinə qədər 18 yaşı tamam olmayan) şagirdlərlərdən ibarət komandalar iştirak edə bilər.

 

Ətraflı məlumat qeydiyyat bitdikdən sonra komandalara veriləcək.

 

 



11.02.2024 | 13:07