Azərbaycan VIII Beynəlxalq Psixologiya konfransı keçiriləcək

26-27 aprel 2024-cü il tarixlərində Xəzər Universitetinin Psixologiya departamentinin təşkilatçılığı ilə Azərbaycan VIII Beynəlxalq Psixologiya konfransı keçiriləcək.

     

Beynəlxalq konfransda  iştirak etmək üçün məruzələrin  tezis qəbuluna başlanılıb. Tezislər Azərbaycan, rus , ingilis dillərində qəbul edilir və həcmi maksimum 300 sözdən ibarət olmalıdır. Mövzular psixologiyanın bütün alt sahələrini əhatə edə bilər.

 

Qaydalara əsasən tezislərin məzmununda  aşağıdakı ardıcıllıq gözlənilməlidir:

 

  • *Giriş
  • *Tədqiqatın məqsədi
  • *Metod
  •  *Nəticələr
  • *Müzakirə
  •  *Açar sözlər (maksimum 5)

    

Onu da qeyd edək ki, konfransın Elmi komitəsi tərəfindən seçilən üç tezisin müəllifi konfransda ödənişsiz iştirak etmək hüququ qazanacaq.

   

Tezislərin son göndərilmə  tarixi 1 aprel 2024-cü ildir.

  

Konfransda iştirak etmək istəyənlər [email protected] və https://kupsychology.az / vasitəsi ilə ətraflı məlumat ala bilərlər.

 

 

 Samirə KƏRİMOVA

 



15.02.2024 | 19:06