Şagird buraxılış imtahanında iştirak etmək üçün qeydiyyatdan keçməlidirmi?

Dövlət İmtahan Mərkəzi (DİM) gələn həftədən başlayaraq XI və IX siniflərin ayrı-ayrı vaxtlar üzrə təyin olunmuş buraxılış imtahanlarını keçirəcək.

 

Buraxılış imtahanları ilə bağlı şagirdləri və valideynləri hansı sual daha çox maraqlandırır?

 

DİM-dən bildirilib ki, şagirdlər daha çox qeydiyyatdan keçməklə bağlı suallar ünvanlayırlar. Bu suala isə qurumdan belə cavab verilib ki, buraxılış imtahanında iştirak etmək üçün şagirdin özünün qeydiyyatdan keçməsi tələb olunmur. Çünki məlumatlar məktəb tərəfindən “Şagird-məzun” sisteminə daxil edilir.  Şagirdlər imtahana bir neçə gün qalmış buraxılış vərəqəsini çap etməli və elan olunan vaxtda imtahanda iştirak etməlidirlər. Buraxılış vərəqəsi məktəb tərəfindən də çap olunub şagirdə təqdim oluna bilər.

 



21.02.2024 | 12:35