“İnklüziv təhsildən inklüziv cəmiyyətə” adlı II Beynəlxalq elmi-praktiki konfrans keçiriləcək

Aprelin 16-da Bakı Slavyan Universitetində (BSU) “İnklüziv təhsildən inklüziv cəmiyyətə” (İTİC-2024) II Beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.

 

BSU-dan bildirilib ki, konfransın regional bölməsi 19 aprel tarixində Bakı Dövlət Universiteti ilə birlikdə Qazax şəhərində təşkil olunacaq.

 

Konfransın məqsədi inklüziv təhsilin təşkilində ali təhsil müəssisələrinin qarşısında duran məsələlər, məzmun və təlim texnologiyaları, səriştə əsaslı kadr hazırlığı istiqamətində yerli və beynəlxalq təcrübələrin öyrənilməsi, müzakirəsi platformasının yaradılmasıdır.

Konfransın is istiqamətlərinə “İnklüziv təhsil: məzmun və təlim məsələləri”,  “İnklüziv təhsil beynəlxalq təcrübədə”, “Müasir cəmiyyətlərin inklüziv potensialı: təhsil və əmək bazarı” kimi mövzular daxildir.   

 

Qeydiyyat və məqalə qəbulu: [email protected] saytı vasitəsilə aparılır.

 

Əlaqə: +994 12 599-08-70 (318)

+994 50 200-13-30

 

Ətraflı məlumat üçün aşağıdakı linkdən istifadə etmək olar.

 htps://bsu-uni.edu.az/az/announce/360

 



25.02.2024 | 09:02