AzTU SAP Universitetlər Alyansına üzv olub

Azərbaycan Texniki Universiteti (AzTU) Almaniyanın müəssisə resurslarının planlaşdırılması sahəsində məşhur proqram təminatı şirkəti olan SAP-ın Qlobal SAP Universitetlər Alyansına üzv olub.

 

Alyansın məqsədi SAP-ın məhsulları, şirkətin tədris və tədqiqat sahələrində həyata keçirdiyi layihələr barədə üzv universitetləri məlumatlandırmaq və onlarla birgə təşəbbüsləri həyata keçirməkdir.

 

AzTU-nun üzv seçilməsi və bununla bağlı imkanların müzakirəsi məqsədilə Alyansın region üzrə meneceri Yuri Kuprianovun iştirakı ilə universitetdə görüş keçirilib. Görüşdə AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Fariz Məmmədov, universitetin İctimai Şurasının sədri Osman Gündüz, iqtisadiyyat və statistika kafedrasının müdiri Arzu Süleymanov, beynəlxalq ticarət, logistika və marketinq kafedrasının müəllimi, AzTU-nun SAP üzrə koordinatoru Nuran Süleymanova və kafedranın digər əməkdaşları iştirak ediblər.

 

Söhbət zamanı Alyansın univeristetlər üçün yaratdığı imkanlar, habelə AzTU-nun professor-müəllim heyəti, tələbələr və tədqiqatçıların fevral ayından başlayaraq, SAP-ın qlobal təlim sessiyalarına cəlb olunması və digər əməkdaşlıq məsələləri müzakirə edilib.

 

 



26.02.2024 | 09:48